İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası — Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb. “Milli Proqram” istifadəçiləri 6 həftə ərzində ABŞ-nin “Coursera” onlayn təhsil platformasında 8000-dən çox təlimdən yararlanmaq imkanı qazanıb. Aprel ayında təlimlərə qoşulan ilk 7500 nəfər isə onlayn platformada 40 mindən çox kursa müraciət edib, 13 mindən çox təlim müvəffəqiyyətlə başa vurulub. İstifadəçilərin 25%-dən çoxu platformada təqdim olunan süni intellekt və data elmi sahəsində təlimlərdən faydalanıb. Ümumilikdə onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8000-ə qədər sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilirlər. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. “Milli Proqram”a qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. The post “Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb appeared first on InfoCity....
Читайте полную статью на infocity.tech
Опубликовано: 04:29, 15.05.2025
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- Воробьев утвердил новые меры по борьбе с коронавирусом...
- В Курской области провели более 3700 тестов на коронавирус...
- Уязвимости в WordPress-плагинах, имеющих более миллиона установок...
- Администрация Курской области извинилась за ошибку в интервью губернатора...
- В Курской области подтвердили еще один случай заболевания коронавирусом...
- Жителя Челябинской области оштрафовали на 30 тысяч рублей за фейк о COVID-19...
06:29, 08 Май “Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Tə...
00:27, 10 Апр Facebook iki nəfər üçün sosial şəbəkə təqdim etdi Facebook sosial şəbəkəsi yalnız cütlüklər arasında ünsiyyət üçün nəzərdə tutulmuş Tuned tətbiqini təqdim etdi. Digər sosial şəbəkələrdən əsas fərq, c...
08:27, 23 Апр Xiaomi’nin növbəti smartfonu barmaq izlərini ekranın istənilən yerində tanıya biləcək İnternetdə Çin Weibo sosial şəbəkəsində dolaşan Xiaomi şirkətinin video görüntüləri peydə olub. Mənbə iddia edir ki, videoda ekranın istənilən yerind...
10:45, 16 Июн Amerika və Kanadada yaşayan həmyerlilərimiz üçün növbəti ödənişsiz kurslara start verildi 13 iyun 2020-ci il tarixində «Azerbaijani Union» platformasının və «Tech Academy» təhsil mərkəzinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatları və Kanad...
09:36, 12 Июн Вышел трейлер ленты "7500" о террористах Появился официальный трейлер фильма под названием "7500". Ролик на английском языке опубликовали на YouTube-канале сервиса Amazon Prime. По сюжету ле...
08:29, 16 Май S&P500 на пути к 7500 с ближайшей остановкой у 6000 Влияние на рынок:2Индекс S&P500 превысил уровни начала года, увеличившись примерно на 23% от минимумов, достигнутых в начале апреля. В настоящее врем...
18:00, 24 Мар 7500 пачек белорусских сигарет не доехали до смоленских магазинов Смоленские пограничники 23 марта вечером в районе населенного пункта Верховая Ершичского района остановили для проверки автомобиль «Мицубиши...
21:53, 15 Окт Люди одомашнили кур более 7500 лет назад в Юго-Западной Азии Генетики изучили 863 образца ДНК домашних куриц и выяснили, что до сараев людей предки этих птиц жили в азиатских джунглях....
08:54, 10 Мар В Южной Корее число больных коронавирусом превысило 7500 человек Южная Корея за минувшие сутки зарегистрировала почти вдвое меньше новых случаев заражения коронавирусом COVID-2019, чем обычно, общее число зараженны...
05:00, 14 Апр Поход в магазин из изолированного подъезда обошелся даме из Кингисеппа в 7500 рублей Как выяснилось в суде, подъезд дома, где живет женщина, изолировали из-за соседа, который недавно вернулся из Доминиканы. Добровольное заточение для ...
19:54, 30 Апр «Дать этим футбольным профи по 7500 рублей в месяц – как всем, кто потерял работу» В Приморье провели опрос по поводу решения губернатора края прекратить господдержку профессиональных клубов. Результаты весьма показательны....