İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilən “4Sİ Akademiyası — Milli Proqram” çərçivəsində bu günədək 7500 istifadəçi “Coursera” onlayn təhsil platformasında təlimlərdən yararlanıb. İstifadəçilər ümumilikdə 40 min təlimə müraciət ediblər, 11000 təlim uğurla tamamlanaraq iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib. Müraciət olunan və tamamlanan təlimlərin 25%-dən çoxu süni intellekt və data elmi (data science) sahələrini əhatə edir. 4SİM proqram çərçivəsində istifadəçilərin platformada ən çox müraciət etdiyi ilk 10 təlimi müəyyən edib. Süni intellekt hamı üçün (AI For Everyone) Layihələrin idarə olunmasının əsasları (Foundations of Project Managements) Süni intellektə giriş (Introduction to Artificial Intelligence) Layihələrin idarə olunmasına giriş (Introduction to Project Management) Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work) Data elminin əsasları, data hər yerdə (Foundations : Data, Data, Everywhere) Uğurlu layihəyə necə başlamaq olar? (Project Initiation: Starting a Successful Project) Data elmi nədir? (What is Data Science?) Rəqəmsal transformasiyaya giriş (Introduction to digital transformation) Generativ süni intellekt hamı üçün (Generative AI for everyone) Aprelin 1-dən start götürən “Milli Proqram” çərçivəsində 1 il ərzində on minlərlə vətəndaşın dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8000 təlimindən yararlana bilərlər. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya sahələrinə dair təlimlər tədris olunur. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. Platformada süni intellekt və data elmi sahələrinə aid IBM, “Google”, Deeplearning.AI, “Microsoft” kimi qabaqcıl texnologiya şirkətləri və Stenford, Pensilvaniya, London İmperial Kolleci də daxil olmaqla, dünyanın nüfuzlu ali təhs...
Читайте полную статью на infocity.tech
Опубликовано: 06:29, 08.05.2025
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- Воробьев утвердил новые меры по борьбе с коронавирусом...
- В Курской области провели более 3700 тестов на коронавирус...
- Уязвимости в WordPress-плагинах, имеющих более миллиона установок...
- Администрация Курской области извинилась за ошибку в интервью губернатора...
- В Курской области подтвердили еще один случай заболевания коронавирусом...
- Жителя Челябинской области оштрафовали на 30 тысяч рублей за фейк о COVID-19...
04:29, 15 Май “Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Tə...
01:29, 01 Янв Yeni iOS funksiyası Apple-a istifadəçilərin qalereyalarına «gizli baxış» imkanı verir Hər hansı bir təqdimat və ya rəsmi açıqlama olmadan, Apple iOS 18 və macOS 15-ə «Genişləndirilmiş Vizual Axtarış» adlı yeni funksiyanı əlav...