“Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımladı

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış qlobal şirkət “Ookla” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinə həsr olunmuş analitik məqalə dərc edib. “Ookla”nın mütəxəssisləri tərəfindən aparılan araşdırmalar, açıq mənbələrdən əldə edilmiş məlumatlar və müvafiq sahə üzrə nüfuzlu ekspertlərin rəyləri əsasında hazırlanmış məqalədə layihənin əhəmiyyəti bir neçə aspektdən təhlil olunub. Şəhər mərkəzləri ilə ucqar ərazilər arasında rəqəmsal uçurumun aradan qaldırılmasının ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb. Məqalədə qeyd olunub ki, 2020-ci ildə ölkə üzrə orta internet sürəti təxminən 10 Mbit/s olduğu halda 2025-ci ilin əvvəlində bu göstərici 73 Mbit/s-yə yüksəlib. Bu artım dörd il ərzində qurulmuş güclü genişzolaqlı infrastrukturun təsirinin nəticəsidir. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ucqar ərazilərdə rəqəmsal inklüzivliyi təmin etmək məqsədilə maarifləndirmə təşəbbüsləri həyata keçirilib, istifadəçiyə xüsusi dəstək xidmətləri və əlçatan data paketləri təqdim olunub ki, bu da öz növbəsində hər kəs üçün internetə çıxışın əlçatanlığını artırıb. Layihənin başa çatması nəticəsində internet istifadəçilərinin məmnunluq səviyyəsinin yüksəlməsi, ümumi müştəri təcrübələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması xüsusi qeyd olunub. Məqalədə ölkə ərazisində internet istifadəçilərinin 93%-nin genişzolaqlı internet xidmətlərindən faydalanması üçün imkan yaradılması təqdir edilib. Məqalənin müəllifləri proqnozlaşdırırlar ki, yüksəksürətli internetin geniş yayılması iqtisadi artıma təkan verəcək, rəqəmsal savadlılığı artıracaq və Azərbaycanın investorlar üçün cəlbediciliyini daha da yüksəldəcək. Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib. The post “Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımladı appeared first on InfoCity....

“Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımladı

Читайте полную статью на infocity.tech

 

Опубликовано: 01:29, 15.05.2025


Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Onlayn Azərbaycan layihəsi uğurla başa çatdı 11:29, 11 Мар “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı Rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafında yeni mərhələ. 10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tə...

Appleın gələcək Ağıllı eynəkləri haqqında yeni məlumatlar açıqlandı 20:00, 09 Май Apple’ın gələcək Ağıllı eynəkləri haqqında yeni məlumatlar açıqlandı Məlumat, tanınmış insayder Jon Prosser-dən gəldi. O bildirib ki, Apple 5G dəstəyi AR eynəyində (AR — genişlənmiş reallıq) tətbiq etmək niyyətin...

Tesla ilk onlayn mağazasını açır 09:36, 17 Апр Tesla ilk onlayn mağazasını açır Nəşr Itzai Global, elektrikli maşınların tanınmış istehsalçısı Tesla ilk internet mağazasını açdığını bildirdi. Alibaba Group tərəfindən idarə olunan...

Основатель Ookla выпустил Orb  приложение для анализа интернет-соединения 04:29, 02 Май Основатель Ookla выпустил Orb — приложение для анализа интернет-соединения Дуг Саттлз, основатель и бывший генеральный директор Ookla, компании по тестированию сетей, стоящей за Speedtest, запустил новый инструмент под назва...

Ookla опубликовала отчет о скорости интернета в разных странах за январь 2025 года 20:29, 23 Фев Ookla опубликовала отчет о скорости интернета в разных странах за январь 2025 года Аналитическая компания Ookla опубликовала обновленные данные теста скорости интернета за январь 2025 года в разных странах мира. Лидером по скорости ...

TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları 03:29, 17 Апр TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələr...