Rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafında yeni mərhələ. 10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında geniş məlumat verilib. Açılış nitqi ilə çıxış edən Şahin Babayev bildirib: “Onlayn Azərbaycan” layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasını hədəfləyirdi. Bir çox tərəfdaşların birgə səyləri nəticəsində ölkədə genişzolaqlı internet şəbəkəsinin qurulmasına nail olduq. Mürəkkəb struktur və strateji əhəmiyyətə malik layihə mərhələli şəkildə icra edildi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu”. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib. Tədbir “Rəqəmsallaşmada yeni mərhələ” mövzusuna həsr olunmuş panel sessiyası ilə davam edib. Sessiyada innovativ texnologiyaların tətbiqi, “bulud” xidmətlərinin genişləndirilməsi və e-hökumət platformalarının inkişafı üçün yaradılan imkanlar müzakirə olunub. Qeyd edək ki, layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, mart ayının 5-i dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla” şirkəti tərəfindən təqdim edilib. The post “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı appeared first on InfoCity....
Читайте полную статью на infocity.tech
Опубликовано: 11:29, 11.03.2025
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- Воробьев утвердил новые меры по борьбе с коронавирусом...
- В Курской области провели более 3700 тестов на коронавирус...
- Уязвимости в WordPress-плагинах, имеющих более миллиона установок...
- Администрация Курской области извинилась за ошибку в интервью губернатора...
- В Курской области подтвердили еще один случай заболевания коронавирусом...
- Жителя Челябинской области оштрафовали на 30 тысяч рублей за фейк о COVID-19...
01:29, 15 Май “Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımladı Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış qlobal şirkət “Ookla” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən ...
20:36, 17 Мар Windows 10 ilə aktiv cihazların sayı bir milyarda çatdı Microsoft, Windows 10 əməliyyat sistemini aylıq istifadə edən cihazların sayının 1 milyarda çatdığını söylədi.Bir ay əvvəl şirkətin İtalyan saytında ...
09:36, 17 Апр Tesla ilk onlayn mağazasını açır Nəşr Itzai Global, elektrikli maşınların tanınmış istehsalçısı Tesla ilk internet mağazasını açdığını bildirdi. Alibaba Group tərəfindən idarə olunan...
08:54, 04 Мар Şəbəkədə Apple şirkətinin iPhone istehsalını Çindən uğurla köçürə bilmədiyi barədə məlumatlar ortaya çıxdı Bir müddət əvvəl, Apple istehsalının bir hissəsini Çindən Hindistana köçürmək niyyətində olduğu barədə söhbətlər başladı. Spoyler: Şəbəkədə şirkətin ...
03:29, 17 Апр TikTok-da Novruz mövzusunda 12 min video: #Novruz2025 ilk onlayn festivalının yekunları Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələr...