Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC “Yelo Bank” ilə əməkdaşlığı genişləndirib. “AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza ilə “Yelo Bank” fərdi sahibkar müştərilərinə kredit verilməsi prosesi tam rəqəmsallaşdırılıb. Artıq bankın sahibkar müştəriləri “SİMA İmza”dan istifadə edərək kredit müqaviləsini rahatlıqla imzalaya bilərlər. Xidmət çərçivəsində bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim edir. Müştəri isə “SİMA İmza” mobil tətbiqində öz sahibkar sertifikatı ilə QR kodu skan edib sənədlərlə tanış olur və bir kliklə bütün sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar həm növbə gözləmir, həm vaxtına qənaət edir, həm də kağız sənədlərlə iş prosesindən azad olur. Qeyd edək ki, 2022-ci ildən “SİMA İmza”nın tərəfdaşı olan “Yelo Bank”ın mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyatdan keçmək, onlayn əmanət yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata keçirmək imkanı da yaradılıb. SİMA yeni nəsil rəqəmsal imza ilə xidmət mərkəzlərindən asılılığa son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran və hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” biznes proseslərini sürətləndirir. Maliyyə əməliyyatları zamanı SİMA-nın üztanıma texnologiyası sayəsində təhlükəsizlik və etibarlılıq təmin edilir. Mobil tətbiqi yükləməklə əldə olunan SİMA yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. The post “SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkarlar banka getmədən kredit götürəcəklər appeared first on InfoCity....
Читайте полную статью на infocity.tech
Опубликовано: 16:29, 25.04.2025
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- Воробьев утвердил новые меры по борьбе с коронавирусом...
- В Курской области провели более 3700 тестов на коронавирус...
- Уязвимости в WordPress-плагинах, имеющих более миллиона установок...
- Администрация Курской области извинилась за ошибку в интервью губернатора...
- В Курской области подтвердили еще один случай заболевания коронавирусом...
- Жителя Челябинской области оштрафовали на 30 тысяч рублей за фейк о COVID-19...
20:29, 21 Апр “SİMA KYC Videoyazı” həlli istifadəyə verildi “AzInTelecom” MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib. “SİMA KYC Videoyazı” adlanan və SİMA Rəqəmsal Həllər ...
14:29, 20 Дек AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb. Rəqəmsal İnkişaf ...
14:18, 22 Май Гражданский тип услуги Asan İmza можно получить бесплатно Принимая во внимание сложившуюся ситуацию c Covid-19, необходим ускоренный темп развития цифровой экономики в Азербайджане и обеспечение широкого дос...
03:36, 30 Мар Срок действия сертификатов Asan İmza автоматически продлевается бесплатно Компания B.EST Solutions — национальный оператор Asan İmza и партнер Цифрового Торгового Хаба Азербайджана работает в усиленном режиме, реагиру...
11:54, 13 Май Предприниматели смогут открыть on-line счет в Международном Банке Азербайджана c помощью ASAN İmza Международный Банк Азербайджана создал возможность дистанционного открытия счетов и управления ими для корпоративных клиентов без необходимости физич...