“AzInTelecom” MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib. “SİMA KYC Videoyazı” adlanan və SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsul məsafədən video formatda şəxsiyyətin təsdiqi imkanlarını təqdim edir. “SİMA KYC Videoyazı” həlli dövlət və özəl qurumların istifadəçilərlə daha sürətli və təhlükəsiz əlaqə qurmasına imkan verir. Bu məhsul, eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. “SİMA KYC Videoyazı” həllini öz xidmətlərinə inteqrasiya edən qurumlar ikifaktorlu autentifikasiya ilə yüksək təhlükəsizlik təmin edəcək, istifadəçi fəaliyyətini və identifikasiya prosesini izləyə biləcək. Vətəndaşlar isə heç yerə getmədən, vaxt itirmədən məsafədən xidmət almaq və əməliyyatları icra etmək imkanı qazanacaqlar. “SİMA KYC Videoyazı” ilə şəxsiyyətin təsdiqlənməsi mobil cihaz və kompüter vasitəsilə həyata keçirilir. Proses zamanı istifadəçi əvvəlcə şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edir. Daha sonra kamera qarşısında özünü təqdim edib ekranda əks olunan təsdiq mətnini səsləndirir. Videoyazı əsasında biometrik eyniləşdirmə həyata keçirilir. Məhsulu inteqrasiya etmiş qurumun tələbindən asılı olaraq, vətəndaşın şəxsiyyəti avtomatik sistem tərəfindən təsdiq olunur. “SİMA KYC Videoyazı” həllinin əsas üstünlüyü süni intellekt vasitəsilə real vaxt rejimində biometrik eyniləşdirmə apara bilməsidir. Bu həll istifadəçi təcrübəsini sadələşdirərək vətəndaşlara vaxt və resurslara qənaət imkanı yaradır. “SİMA KYC Videoyazı” məhsulu ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar. The post “SİMA KYC Videoyazı” həlli istifadəyə verildi appeared first on InfoCity....
Читайте полную статью на infocity.tech
Опубликовано: 20:29, 21.04.2025
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- Воробьев утвердил новые меры по борьбе с коронавирусом...
- В Курской области провели более 3700 тестов на коронавирус...
- Уязвимости в WordPress-плагинах, имеющих более миллиона установок...
- Администрация Курской области извинилась за ошибку в интервью губернатора...
- В Курской области подтвердили еще один случай заболевания коронавирусом...
- Жителя Челябинской области оштрафовали на 30 тысяч рублей за фейк о COVID-19...
11:36, 08 Апр İspaniyada vətəndaşlara pul paylamağa qərar verildi İspaniyada, koronavirus epidemiyası dövründə, səlahiyyətlilər şərtsiz əsas gəlir gətirmək və bu kimi insanlara pul vermək istədi. Bu barədə La Sexta ...
09:29, 25 Май Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal imza daha 5 qurum tərəfindən elektron xidmətlərə inteqrasiya edil...
10:29, 25 Май Ещё 5 организаций присоединились к числу партнёров «SİMA İmza» Цифровая подпись SİMA, разработанная компанией AzInTelecom, функционирующей в составе Азербайджанского Холдинга Транспорта и Связи (AZCON Holding), б...
10:45, 16 Июн Amerika və Kanadada yaşayan həmyerlilərimiz üçün növbəti ödənişsiz kurslara start verildi 13 iyun 2020-ci il tarixində «Azerbaijani Union» platformasının və «Tech Academy» təhsil mərkəzinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatları və Kanad...
16:29, 25 Апр “SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkarlar banka getmədən kredit götürəcəklər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC “Yelo Bank” ilə əməkdaşlığı genişlə...