4SİM 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə qurumun ötən il həyata keçirdiyi layihələr, əldə edilən nəticələr və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, 4SİM 2024-cü ildə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq və bu sahədə əlaqələndirmə, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması, rəqəmsal iqtisadiyyat üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyası üzrə aktiv fəaliyyət göstərib, bir sıra layihələr həyata keçirib. Rəqabətli insan kapitalının inkişafı. 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən «4Sİ Akademiyası» layihəsinin pilot mərhələsi ötən il uğurla tamamlanıb. Ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqların artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasında müxtəlif təlimlərdən ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçıların nüfuzlu universitet və qabaqcıl şirkətlərin süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə kursları ümumi izləmə müddəti 32 min saatdan çox təşkil edib, təlimləri uğurla tamamlayanlar 4300 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə Süni intellekt innovasiyası kateqoriyası üzrə “Coursera” şirkətinin «Üstün Nailiyyət» mükafatına layiq görülüb. Bu il davam etdiriləcək “4Sİ Akademiyası” Milli Proqramı daha çox vətəndaşı və platformada təqdim olunan 8000-dən çox kursu əhatə edəcək. Hər bir istifadəçi 6 həftə ərzində bu kurslardan yararlana biləcək. Milli Proqram üçün qeydiyyat növbəti həftədən start götürəcək. İştirakçılar üçün yaş və digər məhdudiyyətlər yoxdur. 4SİM 2024-cü ildə “Apple” şirkəti ilə birgə ölkəmizdə «Apple səlahiyyətli təlim mərkəzi”nin yaradılması, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə “Tələbələr üçün ArcGİS” layihəsi, blokçeyn, veb3, kriptoqrafika və kriptovalyuta sahəsində ixtisaslaşmış “Binance” şirkəti ilə “Binance Academy” çərçivəsində əməkdaşlığa start verib. Bu proqramlar çərçivəsində müxtəlif təlim sessiyaları keçirilir, məqsəd ixtisaslaşmış yerli mütəxəssislərin və təlimçilərin hazırlanmasına töhfə verməkdir. ...

4SİM 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib

Читайте полную статью на infocity.tech

 

Опубликовано: 08:29, 06.03.2025


Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Nar ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub 17:00, 22 Фев “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən “Nar”, bu sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir...

Azercell-dən rominqdə olan abunəçilərinə dəstək və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Qaynar xəttinə pulsuz zənglər imkanı! 20:36, 17 Мар Azercell-dən rominqdə olan abunəçilərinə dəstək və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin «Qaynar xətt»inə pulsuz zənglər imkanı! Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandem...