“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

“AzInTelecom” MMC ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatını əldə edib. Şirkət MDB məkanında “PCI DSS” sertifikatının 4.0.1 versiyasını əldə edən ilk “bulud” provayderi olub. Bununla da “AzInTelecom”a məxsus Bakı Əsas Data Mərkəzinin maliyyə qurumları üçün “bulud” xidmətləri göstərmə uyğunluğu təsdiqlənib. Artıq “AzInTelecom” həm “bulud”, həm də yerləşdirmə üzrə “PCI DSS” uyğunluq sertifikatına malikdir. Bu isə o deməkdir ki, maliyyə sahəsində fəaliyyət göstərən bütün qurumlar artıq “AzInTelecom”dan “bulud” xidməti əldə edə bilərlər. Sertifikatın əldə olunması üçün əvvəlcə Azərbaycanda səlahiyyətli “Quality Veritas” şirkəti tərəfindən ilkin qiymətləndirilmə aparılıb, müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində uyğunluq təsdiqlənib və “AzInTelecom” MMC-yə “PCI DSS Certificate of Compliance” sertifikatı təqdim edilib. Qeyd edək ki, “PCI DSS” standartı 2006-cı ildə “Visa”, “MasterCard”, “American Express”, “Discover” və JCB kimi beynəlxalq ödəniş brendləri tərəfindən yaradılmış “PCI SSC” (Ödəniş Kartı Sənayesi Təhlükəsizlik Standartları Şurası) təşkilatı tərəfindən formalaşdırılıb. Təşkilatın məqsədi ödəniş kartı məlumatlarının mühafizəsi və ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsidir. Hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən 250-yə yaxın quruma “bulud” xidmətləri göstərir. The post “AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib appeared first on InfoCity....

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

Читайте полную статью на infocity.tech

 

Опубликовано: 10:29, 01.01.2025


Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

AzInTelecom VIII Beynəlxalq Bankçılıq Forumunda 01:29, 05 Дек “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 3-4 dekabrda Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak ...

AzInTelecom на VIII Международном банковском форуме 08:29, 05 Дек «AzInTelecom» на VIII Международном банковском форуме ООО «AzInTelecom», функционирующее при Министерстве цифрового развития и транспорта, приняло участие в VIII Международном банковском форуме, прошедше...

По инициативе AzInTelecom был организован бесплатный вебинар в области IТ 12:54, 04 Май По инициативе AzInTelecom был организован бесплатный вебинар в области IТ AzInTelecom, действующий при Министерстве транспорта, связи и высоких технологий, провел бесплатный образовательный вебинар под названием «От ИКТ до ...

Amazon, koronavirus səbəbiylə yüksək gəlir əldə etməyə başladı 10:18, 10 Апр Amazon, koronavirus səbəbiylə yüksək gəlir əldə etməyə başladı İnternet nəhəngi olan Amazon, koronavirusla əlaqədar olaraq heyətini genişləndirir. Pandemiya şirkətə çox sayda müştəri və sifariş gətirdi ki, şirkət...

Opera brauzerində indi Apple Pay istifadə edərək Bitcoin əldə edə bilərsiniz. 08:45, 20 Мар Opera brauzerində indi Apple Pay istifadə edərək Bitcoin əldə edə bilərsiniz. Opera brauzeri, Chrome ilə eyni mühərrikə əsaslansa da, yenə də bir çox xüsusiyyət və texnologiyalar təqdim edir. Məsələn, Opera daxili cryptocurrenc...

Opera brauzerində indi Apple Pay istifadə edərək Bitcoin əldə edə bilərsiniz 15:36, 20 Мар Opera brauzerində indi Apple Pay istifadə edərək Bitcoin əldə edə bilərsiniz Opera brauzeri, Chrome ilə eyni mühərrikə əsaslansa da, yenə də bir çox xüsusiyyət və texnologiyalar təqdim edir. Məsələn, Opera daxili cryptocurrenc...